Şagirdlərin "Dulusçuluq və Heykəltəraşlıq" emalatxanasına ekskursiyası təşkil olundu

4 iyun 2018-ci il tarixində məktəbimizin 3 "C" sinfinin sinif rəhbəri Əhmədzadə Elnarə tərəfindən şagirdlərin tarixi mədəniyyətimizi tanıtmaq məqsədi ilə "Dulusçuluq və Heykəltəraşlıq" emalatxanasına ekskursiyası təşkil olunmuşdur.Heykəltəraş-rəssam M.Tamerlan şagirdləri dulusçuluq və heykəltəraşlıq sənətinin sirrləri ilə tanış etdi.Şagirdlər qəlibdə gildən barmaqlarının sığalı ilə xüsusi fiqurlar hazırladılar.Şagirdlərin hər biri dulus çarxında küp hazırladı.Daha sonra usta ağac üzərində oyma- yonma işlərinin sirrlərini uşaqlara öyrətdi.Emalatxana rəhbəri Tamerlan müəllim şagirdlərin hazırladığı əşyaları onlara hədiyyə etdi.Şagirdlər emalatxanadan çıxıb "Mərdəkan Dendrarisi"ni ekskursiya etdilər.Təbiətin qoynunda piknik edib,maraqlı oyunlar keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi