Bakı şəhəri üzrə fənn müsabiqələri keçirilib

Bu gün Bakı şəhəri üzrə 4 mərkəzdə (18, 138, 252, 276 nömrəli məktəblər) fənn müsabiqələrinin üçüncü - yekun mərhələsi keçirilib.Təhsil nazirinin 25.08.2015-ci il tarixli 912 nömrəli “Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə” əmrinə əsasən keçirilən fənn müsabiqələri VII-VIII sinif şagirdləri arasında baş tutub.Beş fənn üzrə təşkil edilmiş fənn müsabiqələrində fizika, kimya, biologiya və informatika fənləri üzrə 8-сi sinif şagirdləri, riyaziyyat fənni üzrə isə 7-ci sinif şagirdləri iştirak edib. Müsabiqə iştirakçılarına test suallarını cavablandırmaq üçün 1,5 saat vaxt verilib.Fənn müsabiqələrində fərqlənən şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mükafatlandırılacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi