"Oxu günü" münasibətilə tədbir keçirildi

23.04.2018-ci il tarixində məktəbimizdə 21 aprel "Oxu günü" münasibətilə mütaliə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı yazıçı Anarın "Ötən ilin son gecəsi" adlı əsəri 9 "A" sinif şagirdlərinin ifasında səhnələşdirildi.Əsərə yeni həyat verən şagirdlər "Həmidə xala" obrazının simasında 4 övlad böyüdüb boya-başa çatdıran,lakin Yeni il gecəsi bəzədiyi bayram süfrəsi və 5 yaşlı nəvəsi ilə tək qalan ana obrazını,onun daxili həyəcan və sarsıntılarını nümayiş etdirdilər.Tədbirdə məktəb rəhbərliyi iştirak etdi.Onlar şagirdlərin göstərdikləri səyləri yüksək qiymətləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi