"Narkomaniyaya SON"

Narkomaniya— narkotik vasitələrdən istifadə etdikdə yaranan xroniki xəstəlik.Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər - narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olur. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər. Abstinensiya halı çox əziyyətli olduğuna görə narkotikdən istifadə edən gənc yeni doza əldə etmək üçün əlindən gələni edir. Narkotikdən istifadə edənlərin əksəriyyəti gənc ikən ölür - onlar cinsi yolla yoluxan infeksiyalara, o cümlədən HİV-lə və ya hepatit C-yə yoluxur, bəziləri isə uzun müddət müalicə alaraq ailəsi və cəmiyyət üçün bir yükə çevrilir...Məlum olduğu kimi, hazırda ölkəmizdə narkotiklə mübarizəyə çox ciddi önəm verilir. Ölkəmiz müstəqilliyini qazandığı ilk illərdə də, bu məsələ dövlətin daim diqqətində olub. Hələ Azərbaycan Ümumilli Lideri Heydər Əliyevin dövründə narkotiklərlə mübarizə istiqamətində xeyli işlər görülüb.Dünyada"ağ ölüm"ün geniş yayılmasına baxmayaraq, hələlik bu haqda yeniyetmələr üçün heç bir dərs vəsaiti hazırlanmır. Düzdür, bəziləri ailəsinin və yaxınlarının yardımı ilə narkotik asılılığından can qurtarıb normal həyata qayıda bilir. Amma yüzlərlə gənc narkotik aludəsi kimi həyatını davam etdirir. Çünki, gənclərə narkotikin verəcəyi ziyanlardan, xəstəliklərdən xəbərsizdirlər, bunun üçün də bu məsələyə çox sadə yanaşırlar. Yeniyetməyə narkotikdən istifadə etmə deyilsə bunun nə olduğunu təsirlərini bilmədiyi üçün bu zaman yeniyetmədə narkotikə qarşı daha da maraq yaratmış oluruq, amma biz yeniyetmələrə göstərilsə ki, bunun hansı zərərləri var, istifadə edən adam nə vəziyyətlərə düşə bilər, bu addımlar daha təsirli olacaqdır. Yuxarida geyd olanları nəzarə alaraq,məktəbimizin şagirdləri öz fikirlərini rəsm əsərlərində əks etdirilmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi