“Açıq qapı”

Uğurlu nəticə qazanmış məktəblərin təcrübəsinin öyrənilməsi istiqamətində “Nəzəriyyədən təcrübəyə” adlı “Açıq qapı” günü layihəsi davam edir. Dekabrın 22-dək davam edəcək layihə Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş məktəblərin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində həyata keçirilir. Nəzərinizə çatdıraq ki, dekabrın 17-də Pirallahı rayonu üzrə 168 nömrəli tam orta məktəbdə “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günü bir neçə sessiya əsasında təşkil edilib. Belə ki, “Açıq qapı” günündə Pirallahı rayonu üzrə direktorların, psixoloqların, təşkilati işlər üzrə direktor müavinlərinin və ibtidai sinif müəllimlərinin sessiyaları baş tutub. Sessiyalarda BŞTİ-nin rəsmi nümayəndələrinin, məktəb nümayəndələrinin, eskpertlərin təqdimatları dinlənilib, müzakirələr aparılıb. Eyni zamanda, açıq qapı günündə biologiya, riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə açıq dərslər keçirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi