"20 Yanvar-Azadlığa gedən yolun zirvəsidir" adlı ədəbi-bədii gecə keçirildi

Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən bir sıra tədbirlər keçirilmişdir. "Vətən şəhidləri ilə ucalar" adlı inşa yazı və rəsm müsabiqələri keçirilmiş, divar qəzetləri, bülletenlər buraxılmışdır. 17.01.2018-ci il tarixində  "20 Yanvar-Azadlığa gedən yolun zirvəsidir" adlı ədəbi-bədii gecə keçirildi. Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, o gecənin dəhşətlərini əks etdirən videoçarx  nümayiş etdirildi, şeirlər söylənildi, səhnəciklər, kompozisiyalar izlənildi. Məktəbin direktoru Tahir Süleymanov qanlı yanvar gecəsinin doğrudan da azadlığa gedən yolun zirvəsi olduğunu və tezliklə torpaqlarımızın azad edilməsini, üçrəngli bayrağımızın Qarabağda dalğalanmasını arzuladı. Sonda şagirdlərimiz şəhidlərimiz kimi cəsur, igid olacaqlarına, onların tutduğu yolun davamçıları olacaqlarına and içdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi