“Əllərin gigiyenası” mövzusunda maarifləndirici tədbir keçirildi

15 oktyabr BMT,Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF tərəfindən “Təmiz əllər həyatımızı xilas edir” devizi altında “Ümumdünya təmiz əllər günü” elan olunmuşdur.Bu məqsədlə 24.10.2017-ci il tarixində Bakı şəhəri Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbdə “Əllərin gigiyenası” mövzusunda Pirallahı rayon GEM-in əməkdaşları:Cabbarova Samirə,Xudaverdiyeva Aygün,10 saylı BŞX-nın pediatrı Abbasova Almaz, məktəbin tibb bacısı Adıgözəlova Gülər şagirdlər arasında maarifləndirmə işləri apardılar.Tibb bacısı Adıgözəlova Gülər bir sıra yoluxucu xəstəliklərdən qorunma,sanitariya-gigiyena və şəxsi gigiyena qaydaları barəsində ətraflı məlumat verdi.O,əllərin yuyulma qaydası barədə şagirdlərə geniş məlumat verdi.Tədbirin sonunda videoçarx nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi