18 oktyabr "Müstəqillik günü" nə həsr olunmuş tədbir keçirildi

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etmişdir.Həmin gündən etibarən hər il oktyabrın 18-də xalqımız “Müstəqillik günü”nü xüsusilə qeyd edir.Bu münasibətlə 17.10.2017-ci il tarixində Pirallahı rayonu Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir.Tədbirdə Dövlət Himnimiz səsləndi.Şagirdlər rəngarəng səhnəciklər göstərdilər və Ana Vətənə həsr olunmuş müxtəlif şeirlər söylədilər.Sonda məktəbin direktoru Tahir Süleymanov çıxış edərək müəllim və şagirdləri “Müstəqillik günü” münasibətilə təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi