“DİQQƏT UŞAQLAR!” adı altında təhlükəsizlik aylığına aid tədbir keçirildi

Yeni dərs ilin başlanması ilə əlaqədar respublika ərazisində “Diqqət uşaqlar” adı altında təhlükəsizlik aylığı elan olunub. Bu məqsədlə 10 oktyabr 2017-ci il tarixində 168 nömrəli tam orta məktəbin akt zalında Pirallahı rayon Polis şöbəsinin təşkilatçılığı ilə ibtidai sinif şagirdləri arasında maarifləndirici tədbir keçirildi. Tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanmasıdır. Tədbirdə rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev, rayon Yol Polis bölməsinin əməkdaşları Vüqar Dadaşov, Ramin Kazımov və Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak etdilər. Qeyd edək ki, 235 və 168 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdlərinə Yol hərəkətinin təhlükəsizliyi qaydaları haqqında geniş məlumat verildi, videoçarxlar göstərildi, uşaqların yol hərəkəti qaydaları ilə bağlı sualları ətraflı cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi