"Son zəng" tədbiri keçirildi

14 iyun 2017-ci il tarixində məktəbimizdə "Son zəng" keçirildi.Bu münasibətlə 11-ciləri başda məktəbin direktoru Tahir Süleymanov olmaqla bütün müəllimlər və Pirallahı Rayon İcra Hakimiyyətinin məsul şəxsi- yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Həşimov Elturan təbrik etdi.Onlar şagirdlərə gələcək həyatlarında uğurlar dilədilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Daha sonra 11-cilər müxtəlif səhnəciklər və fleşmoblar nümayiş etdirdilər.Sonda direktorumuz Tahir Süleymanov il boyu öz zəhmət və səyləri nəticəsində uğur əldə etmiş bütün müəllim və şagirdləri xüsusi "Fəxri Fərman"la təltif etdi.Hər il olduğu kimi bu il də "Son zəng"imiz olduqca maraqlı keçdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi