"Hüquq bərabərliyi nə deməkdir?”adlı dəyirmi masa təşkil olunmuşdur

02.06.2017-ci il tarixində məktəbimizdə "Hüquq bərabərliyi nə deməkdir?”adlı dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev, Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı- yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elturan Həşimov, məktəb rəhbərliyi və şagirdlər iştirak etdilər. Onlar şagirdlərə hüquqları haqqında geniş məlumat verdilər. Müzakirələr zamanı tədbir iştirakçılarının sualları cavablandırıldı. IX-XI sinif şagirdləri hüquq bərabərliyi ilə bağlı təqdimatlar hazırlamış və təqdim etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi