Növbəti açıq dərsimiz keçirildi

31.05.2017-ci il tarixdə Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin 7-8 siniflər arasında kimya müəllimi Şəbnəm Abdullayeva tərəfindən “Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Sağlamlıq” layihəsinə həsr olunmuş "Dəyirmi Masa" keçirildi.Dəyirmi masada şagirdlərimiz ekologiya, qidalanma, idman, genomu dəyişmiş qidalar, zərərli vərdişlər mövzuları barədə məlumatlar verdilər.Həmçinin, tədbirdə məktəbimizin tibb bacısı Gülər Adıgözəlova çıxış edərək zərərli vərdişlərdən, gündəlik rejim və gigiyena haqqında məlumat verdi. Şəbnəm Abdullayeva tədbiri ümumiləşdirərək “Sağlamlığın qorunması-gələcəyin təminatıdır” mövzusunu yekunlaşdırdı.Sonda məktəbimizin direktoru Tahir Süleymanov çıxış edərək şagirdlərin sərbəst araşdırmasını yüksək qiymətləndirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi