"Sağlam həyat tərzi" mövzusunda sinif saatı keçirildi

26.05.2017-ci il tarixdə Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Zenfira İsmayılovanın 4A sinfində "Sağlam həyat tərzi" mövzusunda sinif saatı keçirildi.Əvvəlcə şagirdlər sağlamlığın birbaşa təbiətdən asılı olduğunu bildirdilər,şüarlar söylədilər.Müəllimə şagirdlərə sağlamlığın qorunmasında onların da rolunun olduğunu izah etdi.Şagirdlər sağlamlığa aid kiçik səhnə göstərdilər və Ə.Tağıyevin bəstəsi olan "Ananın səsi" mahnısını ifa etdilər.Sonda simvolik olaraq məktəbin həyətində ağaclar əkildi.Dərs məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi