“Sağlam həyat tərzi” mövzusuna həsr olunmuş "açıq dərs" keçirildi

25.05.2017-ci il tarixdə Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nüşabə İsmayılovanın 4B sinfində “Həyat bilgisi” fənnindən “Sağlam həyat tərzi” mövzusuna həsr olunmuş açıq dərsi keçirildi.Müəllim “Sağlam bədəndə sağlam ruh olar” atalar məsəlinin izahı ilə motivasiya qurdu.Şagirdlər 4 qrupa (Təmizlik,İdman,Sağlamlıq,Qidalanma) ayrıldılar.Bu qrupların sağlam həyat tərzi üçün hazırladıqları layihələri,əl işləri və çıxışları izlənildi.Şagirdlər təmizliyin əsas şərtləri ilə tanış oldular.İdman qrupunun şagirdləri idman hərəkətləri etdilər.Karate idman növü ilə məşğul olan Bəşirli İslam öz idman uğurlarını bölüşdü. “Sağlam həyat tərzi” başlığı altında təqdimat slayd-şou vasitəsilə və “Sağlamlıq” adlı videoçarx nümayiş etdirildi.Qidalanma qrupunun şagirdləri zərərli və xeyirli qidalar haqqında məlumat verdilər və eyni zamanda meyvə və tərəvəzlərdən siçan,əjdaha,qurbağa,raket,balıq,qarışqa,meyvə kababı və s. kimi düzəltdikləri əl işlərini məktəb rəhbərliyinə təqdim etdilər.Krossvordlar həll olundu və giləmeyvələrə aid səhnəcik göstərildi.Açıq dərs məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi