"Sağlam həyat tərzi"nə həsr olunmuş açıq dərs keçirildi

"Təhsili Dəyərə Çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində "Ekoloji aylıqlar" layihəsinin keçirilməsi məqsədilə sağlam həyat tərzi-may "Ayın ən sağlam məktəbi" nominasiyası üzrə Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şəhla İsmayılova tərəfindən 23.05.2017-ci il tarixində 3A sinfində Həyat bilgisi fənnindən "Sağlam həyat tərzi"nə həsr olunmuş açıq dərs keçirildi.Müəllim sağlam həyat tərzinin motivasiyasını quraraq idman şəkillərindən ibarət slaydlarla və "Kal armud" səhnəciyini tamaşa etməklə dərsi şagirdlərə izah etdi.Sinfi 4 qrupa bölərək (Orqanizm,Səma,Qida,Vitamin) meyvə,tərəvəz,idman hərəkətlərinin,təmiz və çirkli havanın insan orqanizmində necə rol oynadığını izah etdilər.Şagirdlər idman hərəkətləri ilə əllərin yorğunluğunu çıxardılar.Sağlamlığa aid slayd-şou dərsi daha yaxşı mənimsəməyə səbəb oldu.Zərərli və xeyirli qidaları masanın üzərində ayırıb hər bir şagird seçdiyi zərərli və xeyirli qida haqda məlumat verdi.Şagirdlər sağlamlıq üçün nəyin yaxşı,nəyin pis olduğunu izah etdilər.Məktəbin direktoru Tahir Süleymanov "Ekoloji aylıqlar" çərçivəsində Ş.İsmayılovanın "Sağlam həyat tərzi"nə həsr olunmuş dərsini və şagirdlərin hazırlıq səviyyəsini yüksək qiymətləndirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi