Sinifdən xaric məşğələ keçirildi

"Təhsili Dəyərə Çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində "Ekoloji aylıqlar" layihəsinin keçirilməsi məqsədilə sağlam həyat tərzi-may "Ayın ən sağlam məktəbi" nominasiyası üzrə məktəbin ibtidai sinif müəllimi Qudsiyyə Əsədullayeva tərəfindən 19.05.2017-ci il tarixində 2B sinfində sinifdən xaric məşğələ keçirilmişdir. Dərsdə sağlam həyat tərzi günəşin nümunəsində şagirdlərə izah edildi. Sağlamlığa aid krossvord şagirdlər tərəfindən düzgün cavablandırıldı.Şagirdlər mahnı oxuyaraq idman etdilər.Sağlamlığa aid slayd-şou dərsi daha yaxşı mənimsəməyə səbəb oldu.Şagirdlər sağlamlıq üçün nəyin yaxşı,nəyin pis olduğunu hazırlanmış stend üzrə ətraflı izah etdilər. Sonda qruplar öz işlərinin təqdimatını keçirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi