“Multikulturalizm və tolerantlıq” mövzusunda layihənin təqdimatı keçirilmişdir

15.05.2017-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar 235 saylı tam orta məktəbdə coğrafiya müəllimi Sevda Rüstəmovanın “Multikulturalizm və tolerantlıq” mövzusunda layihənin təqdimatı keçirilmişdir.Layihənin keçirilməsində əsas məqsəd şagirdlərin tolerantlıq haqqında dünyagörüşünü artırmaqdır.Tədbirdə məktəbimizin direktoru Tahir Süleymanov,təlim tərbiyə işləri üzrə direktor müavini Şahin Allahverdiyev,tərbiyə işləri üzrə direktor müavini Humay Paşayeva,29 saylı Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Sevda Bəşirova və məktəbimizin müəllimləri iştirak etmişdir.Tahir Süleymanov çıxış edərək tədbiri yüksək qiymətləndirmiş,bu cür dərslərin respublikamızda tolerantlığın təbliği istiqamətində keçirilən tədbirlərdən biri olduğunu vurğulamışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi