"Ən yaxşı dərs" layihəsi keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsilə Dəstək Mərkəzinin təşəbbüsü ilə may ayının 5-də təhsildə uğurlu nəticələr əldə etmiş Yavər Əliyev adına 235 nömrəli məktəbdə qabaqcıl fənn müəllimlərinin təcrübəsinin tətbiqi istiqamətində "Ən yaxşı dərs" layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində məktəbin qabaqcıl və təcrübəli müəllimləri Zeynəb Yusubova (fizika),Adilə Quliyeva (riyaziyyat),Ralisa Ağamədova (kimya),Cümşüd Novruzovla yanaşı (GÇQH), gənc müəllimlər Nigar Əmirbəyova (fiziki tərbiyə),Günel Həsənovanın (təsviri incəsənət) "Açıq dərslər"i keçirilmişdir. Dərslərdə Təhsilə Dəstək Mərkəzinin əməkdaşları,məktəb rəbbərliyi,məktəbin və qonşu məktəblərin müfaviq ixtisas müəllimləri iştirak etmişlər.Dərslər iştirakçlar tərəfindən müzakirə və təhlil olunmuş,Zeynəb Yusubova ,Adilə Quliyeva, Cümşüd Novruzov (GÇQH), Nigar Əmirbəyova, Günel Həsənovanın dərsləri yüksək qiymətləndirilmişdir. Məktəbin direktoru Tahir Süleymanov tədbir iştirakçılarina məktəbdə görülən işlər barədə məlumat vermiş, bu cür tədbirlərin təşkilinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsilə Dəstək Mərkəzinin əməkdaşlarına təşəkkürünü bildirmişdir. Tədbirin sonunda Təhsilə Dəstək Mərkəzinin müdir müavini əvəzi Züleyxa Ələkbərova və digər mentorlar müəllimlərə lazımı tövsiyyə və məsləhətlər verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi