“Təbii sərvətlərimiz” adlı "Dəyirmi masa" keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya aylıqları” çərçivəsində 27.04.2017- ci il tarixdə məktəbimizin biologiya müəllimi İlahiyə Allahverdiyeva tərəfindən IX sinifdə “Təbii sərvətlərimiz” adlı "Dəyirmi masa" keçirilmişdir.Tədbirdə Azərbaycanın təbii sərvətlərinə həsr olunmuş videoçarx izləndi. Sonra şagirdlər təbii sərvətlərimiz barədə geniş məlumat verdilər.Onlar neft-qaz sənayesi haqqında, həmçinin, Respublikamızda mis yataqları, qızıl yataqları, taxılçılıq, pambıqçılıq, tütünçülük, üzümçülük, tərəvəz və bostançılıq, çayçılıq barədə ayrı-ayrılıqda məlumat verdilər. Doqquzuncular heyvandarlıq təsərrüfatları:maldarlıq, qoyunçuluq, quşçuluq, baramaçılıq, arıçılıq barədə də öz məruzələrini təqdim etdilər. İlahiyə Allahverdiyeva işğal altında olan torpaqlarımızdakı təbii sərvətlərimizdən danışdı. Şagirdlərimiz "Dəyirmi masa"da bədii kompozisiya da təqdim etdilər. Məktəbimizin direktoru Tahir Süleymanov sonda çıxış edərək Pirallahı rayonunda təbii sərvətlərin qorunması istiqamətində görülən işlərdən məlumat verdi. Şagirdlərimizin Azərbaycanın təbii sərvətləri barəsində anlayışlarını,həmçinin,bugünki dəyirmi masada aparılan məlumat mübadiləsini çox yüksək qiymətləndirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi