"Nə? Harada? Nə zaman?" adlı intellektual yarış

   23 may 2025-ci il tarixində Pirallahı rayon təhsil işçiləri arasında 28 May – Müstəqillik Gününə həsr olunmuş "Nə? Harada? Nə zaman?" adlı intellektual yarış keçirildi. Yarış gərgin mübarizə şəraitində keçdi və biliyin, zəkanın, komandada işləmək bacarığının önəmini bir daha göstərdi. Bu mötəbər intellektual turnirdə məktəbimizi layiqincə təmsil edən "Təhsil Ulduzları" komandası böyük uğura imza ataraq I yerə layiq görüldü. Qalib komandanın hər bir üzvü — Şirinova Ülkər, Məmmədova Türkan, Alızadə Telli, Quliyeva Yasəmən və İsmayılova Simuzər müəllimlər göstərdikləri yüksək intellektual səviyyəyə, çevik düşüncə qabiliyyətinə və əsl komanda ruhuna görə diplom və hədiyyə ilə təltif olundular. Bu böyük nailiyyət münasibətilə iştirakçı müəllimlərimizi məktəb rəhbərliyi və kollektivi adından səmimi-qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində də uğurlar, yeni zirvələr arzulayırıq! Onların bu qələbəsi təkcə məktəbimizin deyil, bütövlükdə Pirallahı rayon təhsil ictimaiyyətinin qürur mənbəyidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi