VI siniflər üzrə keçirilən monitorinq

   17 və 18 may 2025-ci il tarixlərində 235 nömrəli tam orta məktəb Elm və Təhsil Nazirliyi tərəfindən IV və VI siniflər üzrə keçirilən monitorinq qiymətləndirilməsinin təşkili məqsədilə mərkəz məktəb kimi fəaliyyət göstərmişdir. İki gün ərzində həyata keçirilən monitorinq qiymətləndirilməsi Nazirliyin müəyyən etdiyi qaydalara və metodiki göstərişlərə uyğun şəkildə, peşəkar və məsuliyyətli yanaşma ilə yüksək səviyyədə təşkil olunub. Məktəb rəhbərliyi tərəfindən şagirdlərin və valideynlərin rahatlığı, təhlükəsizliyi, dəqiq məlumatlandırılması və istiqamətləndirilməsi əsas prioritetlərdən biri kimi diqqətdə saxlanılıb. Monitorinqin gedişində məktəbə gələn valideynlər üçün müvafiq izahlı məlumatlar təqdim edilib, şagirdlərin prosesi stressiz şəkildə başa vurması üçün uyğun mühit yaradılıb. Mərkəz məktəb olaraq fəaliyyət göstərən 235 nömrəli tam orta məktəbdə yaradılmış təşkilati mühit, operativ idarəetmə və nizam-intizam nəticəsində monitorinq qiymətləndirilməsi problemsiz və uğurla başa çatıb. Əldə olunan uğur bir daha göstərdi ki, 235 nömrəli tam orta məktəb genişmiqyaslı qiymətləndirmə tədbirlərinin həyata keçirilməsində etibarlı və nümunəvi bir təhsil müəssisəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi