IV sinif şagirdlərini əhatə edən monitorinq imtahanı

17 may 2025-ci il tarixində Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbdə Pirallahı rayonunun bütün ümumi təhsil müəssisələrinin IV sinif şagirdlərini əhatə edən monitorinq imtahanı təşkil olundu. Təhsil Nazirliyinin “Ümumi təhsildə keyfiyyət ili” proqramına uyğun olaraq keçirilən bu imtahanın mərkəzi məhz 235 nömrəli məktəb idi. Məktəbin direktoru Seymur Yusibov imtahanın planlaşdırılması və həyata keçirilməsinə şəxsən rəhbərlik edərək bütün mərhələlərin — şagirdlərin sinfə buraxılmasından cavab vərəqlərinin qablaşdırılmasına qədər — mövcud normativlərə uyğun şəkildə təşkilinə nəzarət etdi. Sabah, 18 may 2025-ci il tarixində isə VI sinif şagirdlərinin monitorinqi keçiriləcək. İmtahanda iştirak edən bütün şagirdlərə uğurlar arzulayır, bilik və bacarıqlarının yüksək nəticələrlə qiymətləndirilməsini diləyirik!