"Olimpiya Dəyərləri üzrə Təhsil Proqramı (OVEP) və onun əsas prinsipləri" mövzusunda təlim

12 may 2025-ci il tarixində fiziki tərbiyə müəllimləri üçün interaktiv təlim təşkil olundu. Təlimin əsas mövzusu "Olimpiya Dəyərləri üzrə Təhsil Proqramı (OVEP) və onun əsas prinsipləri" idi. Təlim zamanı müəllimlərə OVEP-in mahiyyəti, təhsil sistemində tətbiq sahələri və interaktiv metodlarla öyrənmənin üstünlükləri haqqında ətraflı məlumat verildi. Praktiki fəaliyyətlər və qrup işləri vasitəsilə iştirakçılar OVEP-in əsas prinsiplərini dərindən mənimsədilər və bu bilikləri şagirdlərə effektiv ötürməyin yollarını müzakirə etdilər. Təlimdə məktəbin fiziki tərbiyə müəllimləri Yadulla Nağızadə, Sevinc Zmiskova və Kərəm Kərimov da iştirak etdilər. Onlar fəal şəkildə müzakirələrə qoşularaq əldə etdikləri bilik və bacarıqları gələcək dərs fəaliyyətlərində tətbiq etmək üçün müvafiq planlar hazırladılar.