"Ölkəmizi tanıyaq" layihəsi davam edir

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə 23-26 mart 2017-ci il tarixlərdə “Ölkəmizi tanıyaq” adlı səyahət həyata keçirilib. Səyahətdə məktəbimizin 6 şagirdi Naxçıvan Muxtar Respublikasında olmuşlar. Burada şagirdlərə göstərilən diqqət və qayğıdan onlar çox razı qalmışlar. Şagirdlər Naxçıvanın tarixi abidələrini ziyarət etmiş, gəzməli - görməli yerlərində olmuşlar. Bu şagirdlərin dünyagörüşünün artmasına müsbət təsir etmiş, Vətənimizi daha yaxşı tanımağa imkan yaratmış, onlarda vətənpərvərlik hissini daha da artırmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi