Novruz bayramı adət-ənənələri davam etdirilir

Novruz bayramı xalqımızın ən qədim bayramlarından biridir.Qədim zamandan indiyə qədər Novruz bayramının müxtəlif adət-ənənələri hələ də davam etdirilir.Papaq atmaq,xonça tutmaq,tonqal qalamaq,yumurta döyüşdürmək və böyükləri ziyarət edib bayramlaşmaq və s. Novruz bayramı adət-ənənələrindəndir.Bu münasibətlə 15 mart 2017-ci il tarixdə Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin 1B sinif şagirdləri məktəbin direktoru Tahir Süleymanovu Novruz bayramı münasibətilə təbrik etmişlər.Şagirdlər xonçalar tutmuş,Tahir müəllimlə yumurta döyüşdürmüş və Novruz bayramına aid müxtəlif şeirlər söyləmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi