İLAXIR ÇƏRŞƏNBƏ TORPAQ ÇƏRŞƏNBƏSİDİR.

14.03.2017-ci il tarixində Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbdə torpaq çərşənbəsinə həsr olunmuş iməcilik keçirildi. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Yazda torpağın oyanmasının mifik kökləri dirilmə, canlanma anlayışı ilə əlaqədardır. B.Ş.T.İ-nin “Ekologiya və sağlamlıq” çərçivəsində həyata keçirdiyi “Çərşənbə iməclikləri ” layihəsində məktəbin həyətyanı sahəsində, sinif otaqlarında, dəhlizlərdə təmizlik, səliqə sahman işləri görüldü. Məktəb foyesində və sinif otaqlarındakı dibçəklərə qulluq edildi, dibçəklərə yeni güllər əkildi. Məktəbyanı sahə alaq otlarından təmizləndi, ağacların dibi yumşaldıldı, yeni gül kolları əkildi, ağaclar əhəngləndi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi