"Narkomaniyaya yox deyək. Gələcəyimizi qoruyaq" adlı tədbir keçirildi

14.03.2017-ci il tarixdə Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək.Gələcəyimizi qoruyaq” başlığı altında tədbir keçirilmişdir.Tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov,Cinayət Axtarış şöbəsinin rəisi Anar Şahhüseynov, 10 saylı BŞX-nın həkimi Kəmalə Mustafayeva və məktəbin direktoru Tahir Süleymanov iştirak etmişdir.Məktəbin Tərbiyə İşləri üzrə direktor müavini Paşayeva Humay və biologiya müəllimi Allahverdiyeva İlahiyənin təşkilatçılığı ilə şagirdlərimiz çıxış edərək narkotikin bəşəriyyətin bəlası,insanlığa qarşı yönəlmiş sağalmaz xəstəlik olduğunu qeyd etdilər.Daha sonra 9-cu sinif şagirdlərinin ifasında narkotikin yaratdığı fəsadları əks etdirən səhnəcik nümayiş olundu.Şagirdlər bahalı ölümün qurbanı olmamaq,valideynlərin göz dağına çevrilməmək,qınaq obyekti olmamaq və ən əsası sağlam olmaq üçün narkomaniyaya yox dedilər.Sonra polis rəisi Cümşüd İsmayılov,Cinayət Axtarış rəisi Anar Şahhüseynov və 10 saylı BŞX-nın həkimi Kəmalə Mustafayeva çıxış edərək narkotikin yaranma tarixindən,törətdiyi fəsadlardan danışdılar.Daha sonra şagirdlər onları maraqlandıran sualları verdilər və ən sonda “Ölümünü sifariş edənlər” adlı videoçarx nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi