MƏKTƏBƏHAZIRLIQ QRUPLARINDA İLK DƏRS GÜNÜ

  01 oktyabr 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlərə start verildi. Məktəbin direktoru Seymur Yusibov məktəbə ilk addımlarını atan körpə fidanları səmimi şəkildə salamlayaraq, uşaqlara uğurlar arzuladı. O, məktəbəhazırlıq qruplarının uşaqların təhsil həyatında mühüm rol oynadığını və onların gələcək uğurları üçün sağlam təməl olduğunu vurğuladı. Müəllimlərimiz İsmayılova Zenfira, Əhmədzadə Elnarə və Rafikova Gülnarə şagirdlərini qarşılayaraq sinif otaqlarına keçdilər. Hər bir müəllim uşaqlar üçün xüsusi hazırlanmış təlim proqramı ilə onlara yeni biliklər vermək üçün böyük həvəslə işə başladı. Qeyd edək ki, məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçirilir və məqsəd uşaqları ibtidai təhsilə hazırlamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi