Anım Günü tədbiri

    27 sentyabr 2024-cü il tarixli təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, məktəbdə tarix müəllimi Türkan Məmmədova tərəfindən 8"b" sinif şagirdlərinin iştirakı ilə 27 sentyabr Anım Günü tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, PRİH-nin nümayəndəsi və şagirdlər iştirak edirdilər. Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru Seymur Yusibov çıxış edərək, Azərbaycan əsgərinin göstərdiyi şücaətin hər bir vətəndaşda sonsuz iftixar hissi yaratdığını vurğuladı. O, həmçinin 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin birliyinin ən gözəl nümunəsi olduğunu bildirdi. Məhz Müzəffər Ali Baş Komandanın müdrik siyasəti və sarsılmaz iradəsi sayəsində rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində yeni və şanlı bir tarix yazdı. Tədbirdə şagirdlər, şəhidlərimizin xatirəsinə ithaf olunmuş şeir və mahnılarla, eləcə də Vətən sevgisini ifadə edən səhnəciklərlə çıxış etdilər. Bu təqdimatlar iştirakçılarda qürur hissi yaratdı və Vətənə olan bağlılıqları bir daha göz önünə sərdi. Allah şəhidlərimizə rəhmət etsin!  #ElmMvəTəhsilNazirliyi #MÜTDA #BŞTİ

 

https://www.youtube.com/shorts/reFeFmZ4JHg

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi