"27 sentyabr - Anım Günü" mövzusunda inşa-yazı müsabiqəsi

   27 sentyabr 2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Şirinova 9b sinfində "27 sentyabr - Anım Günü" mövzusunda inşa-yazı müsabiqəsi təşkil etmişdir. Müsabiqə, Vətən müharibəsində canlarını torpaq uğrunda fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etmək və onların göstərdikləri şücaəti şagirdlərin qəlbində yaşatmaq məqsədi daşıyırdı. Şagirdlər yazılarında Vətən sevgisini, şəhidlərin fədakarlığını və Qarabağın hər bir azərbaycanlı üçün əhəmiyyətini vurğulayaraq, öz hisslərini və düşüncələrini ifadə etdilər. Müsabiqə sonunda ən yaxşı inşa yazılar müəllim heyəti tərəfindən dəyərləndirilərək qaliblər mükafatlandırılacaqlar.Bu müsabiqə şagirdlərin vətənpərvərlik ruhunu daha da gücləndirdi və onlara Vətənimizin qəhrəman tarixini bir daha xatırlatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi