"İTi Zəka-2" hakatonunun mükafatlandırma mərasimi

   4 iyul 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin birgə əməkdaşlığı ilə təşkil edilən "İTi Zəka-2" hakatonunun mükafatlandırma mərasimi keçirilib. Bu yüksək rəqabətli mühitdə 235 nömrəli tam orta məktəbin VIII-XI sinif şagirdləri Məmmədzadə Mirvari və Məmmədzadə Ağabəy iştirak edərək l yerə layiq görülüblər.

  Bu böyük uğur münasibətilə Məmmədzadə Mirvari və Məmmədzadə Ağabəyi ürəkdən təbrik edirik. Onların qazandığı bu qələbə məktəb üçün böyük bir qürur mənbəyidir. Hər iki şagirdimizin gələcək fəaliyyətlərində də uğurlarının davamlı olmasını arzu edirik. Onların texnoloji sahədəki bu nailiyyətləri, həmyaşıdlarına və gələcək nəsillərə gözəl bir nümunə olacaq.

  Uğurlarınız bol olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi