"Ana dilimizi sevək və sevdirək" adlı tədbir keçirildi

BMT-nin təşəbbüsü ilə 2000-ci ildən 21 fevral bütün bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur.Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən vasitədir.Hər bir insan öz ana dilini yaxşı bilməli və qorumalıdır.Ana dili insanın mənəvi aləminin zənginləşməsində,dünyagörüşünün genişlənməsində,mükəmməl təhsil almasında,öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.Bu münasibətlə 21 fevral 2017-ci il tarixində Bakı şəhəri Yavər Əliyev adına 235 nömrəli orta məktəbdə "Ana dilimizi sevək və sevdirək" adlı açıq dərs və dəyirmi masa keçirildi.Tədbir Ana dili və Ədəbiyyat müəlliməsi olan Ülkər Şirinovanın çıxışı ilə başladı.7A sinif şagirdləri öz çıxışı və qrup şəklində işləmələri ilə Ana dilimizin nə qədər zəngin və dəyərli olduğunu nümayiş etdirdilər.Sonda məktəbimizin direktoru Tahir Süleymanov Ana dilimizin dəyəri və zənginliyi haqqında çıxış edərək şagirdləri daha da bilikləndirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi