Məktəbimizdə iməcilik keçirildi

Bakı şəhəri Yavər Əliyev adına 235 nömrəli məktəbdə Ekoloji layihələrin həyata keçirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.Hal-hazırda Novruz bayramı ərəfəsində həyata keçirilən tədbirlərdən biri də “Çərşənbə iməcilikləri”dir.Bu məqsədlə 21.02.2017-ci il tarixdə məktəbimizdə iməcilik keçirilmişdir.Məktəbin ərazisində təmirlik işləri aparılmış,ağacların dibləri bellənmiş,yeni güllər və ağaclar əkilmişdir.İməcilikdə iştirak edən 5-9-cu sinif şagirdlərinə Azərbaycanın tarixi və adət ənənələri,kainatın qədim inanclara görə su,od,torpaq və küləkdən yarandığı barədə məlumatlar verilmişdir.Birinci çərşənbənin buzların əriməsindən,torpağın yavaş-yavaş islanmağa başlaması,çayların suyunun artması səbəbindən su çərşənbəsi adlandırılması şagirdlərin nəzərinə çatdırılmışdır.”Təhsili Dəyərə Çevirək” devizi altında həyata keçirilən “Ekologiya və Sağlamlıq” layihəsi və Novruz bayramı ilə əlaqədar olaraq hər həftə iməciliklərin davam etdirilməsi nəzərdə tutulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi