Ekologiya ayı

Y.Əliyev adına 235№li tam orta məktəb üzrə “Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi ilə əlaqədar olaraq keçirilmiş tədbirlərin Hesabatı “Ekoloji aylıqlar” layihəsi ilə əlaqədar olaraq aylar üzrə aylıq mövzular müəyyən edilmiş və yanvar ayı üçün müəyyən olunmuş “Ekologiya və iqtisadiyyat” mövzusu ilə əlaqədar bir sıra tədbirlər keçirilmişdir.Divar qəzetləri,bülletenlər buraxılmış,stendlər, guşələr hazırlanmış,”Ekologiyamizi qoruyaq!”mövzusunda rəsm sərgisi təşkil olunmuşdur.Məktəbin ərazisindəki yaşıllıqlara qulluq edilmiş,dibçəklərdə yeni güllər əkilmiş, ərazi alaqlardan təmizlənmiş,sulanmış, xüsusi qayğı göstərilmişdir.Məktəb kitabxanasındakı kitablar səliqəyə salınmış,cırılmış kitablar təmir edilmiş,üzlənmiş xüsusi rəflərə yerləşdirilmişdir. “Ekologiya və Sağlamlıq” mövzusunda dəyirmi masa keçirilmişdir.Şagirdlər tərəfindən bu mövzu ilə əlaqədar araşdırmalar aparılmış, təqdimatlar hazırlanmış,fikir mübadiləsi aparılmışdır.Məktəbimizin coğrafiya müəllimləri Sevda Rüstəmova və Yaqut Tarverdiyevanın “Ekologiya və İqtisadiyyat”a həsr olunmuş açıq dərsləri təşkil olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi