Məzunlar üçün "Son zəng" vuruldu

  14 iyun 2023-cü il tarixdə məktəbdə  “Son zəng” tədbiri keçirilib. Bakı şəhəri Pirallahı rayonu 235 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində müəllim-şagird kollektivi, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları Samir Hüseynov və Anar Babayev, o cümlədən  valideynlər iştirak ediblər.
  Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Seymur Yusibov rəhbərlik etdiyi təhsil müəssisəsinin 2022-2023-cü tədris ilində qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb, məzunları, onların müəllim və valideynlərini təbrik edərək, bu günün hər bir insanın həyatında əlamətdar hadisə olduğunu qeyd edib.
  Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Anar Babayev məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıb. 
 Çıxış edən digər natiqlər də məzunlara xoş arzularını bildiriblər.
 Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi