20 Yanvar- Qan yaddaşımız

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq məktəbimizdə bir sıra tədbirlər keçirilmişdir.Faciə ilə əlaqədar olaraq sinif saatlarında söhbətlər aparılmış,divar qəzetləri buraxılmış,guşələr hazırlanmışdir.”Qanlı şənbə gecəsi rənglərin dilində” mövzusunda rəsm sərgisi,”Vətən şəhidləri ilə ucalır” mövzusunda inşa yazı müsabiqəsi,faciənin ildönümü ilə əlaqədar sənədli və bədii filmlər nümayiş olunmuş,”20 Yanvar-Azadlığa gedən yolun zirvəsi” adlı ədəbi-bədii kompazisiya keçirilmişdir.Müəllim və şagirdlərimiz qəsəbədə yerləşən “Vətən uğrunda xatirə kompleksi”ni ziyarət etmiş, abidə önünə qərənfillər qoymuşlar.19 yanvar 2017-ci il tarixdə ilk dərslərin 20 Yanvar faciəsinə həsr olunması nəzərdə tutulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi