Heydər Əliyevin 100 illiyi ilə bağlı dəyirmi masa

   Bildiyimiz kimi ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar silsiləli tədbirlər davam etdirilir. Məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə aid tarix müəllimləri Təranə Əliyeva və Türkan Məmmədova tərəfindən 25.04.2023-cü il tarixdə 8-ci sinif şagirdləri ilə dəyirmi masa keçirilib. Tədbirdə ilk öncə ulu öndərin həyat və yaradıcılığına aid  vodeoçarx izlənilib. Daha sonra tarix müəllimləri dahi lider Heydər Əliyev irsinin gənc nəslə ötürülməsinin böyük vəzifə kimi qarşıda durduğunu diqqətə çatdırdı. Eyni zamanda müəllimlər bildiriblər ki,  Ulu Öndərin cızdığı yol, apardığı siyasət hər birimiz üçün örnəkdir. Tədbirdə şagirdlər öz araşdırmalarını, söyləyib, ümummilli lider Heydər Əliyevin müstəqillik, dövlət, təhsil, mədəniyyət haqqında dediyi müdrik kəlamları səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi