31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL BAYRAMI MÜNASİBƏTİLƏ MƏKTƏBİMİZDƏ TƏDBİR KEÇİRİLDİ

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə məktəbimizdə tədbir keçirildi.Tədbirdə məktəbin direktoru Tahir Süleymanov, təlim-tərbiyə işlər üzrə direktor müavini Ş.Allahverdiyev,tərbiyə işləri üzrə direktor müavini H.Paşayeva, məktəbin pisxoloqu V.Cəfərova,Uşaq birliyi rəhbəri Ş.Gəncəliyeva və müəllimlər iştirak etdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahir Süleymanov açdı. O, öz çıxışında məktəb müəllimlərini və şagird kollektivini qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik etdi, şagirdlərə təhsildə uğurlar arzuladı. Tahir Süleymanov bildirdi ki, dünya azərbaycanlılarının birliyi ideyası ulu öndər Heydər Əliyevin dövlətçilik tarixindəki ən böyük xidmətlərindən biridir və onun davamçısı prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir. T.Süleymanov çıxışını bitirdikdən sonra sözü şənlik aparıcılarına və şagirdlərə verdi.11-ci sinif şagirdlərinin birgə səyi nəticəsində ərsəyə gələn şənlik gözəl ifalarla və çıxışlarla davam etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi