"Ulu Öndər Heydər Əliyevin anım günü" adlı tədbir keçirildi

Bugün Ulu Öndər Heydər Əliyevin vəfatından 13 il ötür.Bu münasibətlə 12 dekabr 2016-cı il tarixində məktəbimizdə "Ulu Öndər Heydər Əliyevin anım günü" adlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Daha sonra şagirdlər şeirlər söyləyib, Ulu Öndərimizin həyatını, keçdiyi mənalı ömür yolunu əks etdirən sənədli filmə tamaşa etdilər.10-cu sinif şagirdləri Ulu Öndər Heydər Əliyev və onun xanımı mərhum Zərifə Əliyeva ilə olan dialoqunu səhnələşdirərək qəlbimizi dərin bir kədərə qərq etdilər.Və sonda məktəbimizin direktoru Tahir Süleymanov Ulu Öndər Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan şagirdlərə danışaraq dedi ki,Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti sayəsində ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. XX və XXI əsrin görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi