"Qeyri infeksion xəstəliklər" adlı seminar keçirildi

Azərbaycan Respublikası Prezidentinin 2015 –ci il 23 dekabr tarixli 1645 nömrəli Sərancamı ilə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020 –ci illər üçün Strategiya” təsdiq edilmişdir. Strategiyanın icrası üzrə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən 28.01.2016- cı il tarixli 42nömrəli əmri ilə Tədbirlər Planı təsdiq edilmişdir. Həmin Tədbirlər Planına əsasən Pirallahı rayon 10 saylı BŞX-nın poliklinikasının uşaq şöbəsinin pediatırı Balayeva İlhamə və məktəbimizin tibb bacısı Adıgözəlova Güllər tərəfindən məktəbimizin 9, 10, 11 ci sinif şagirdləri arasında seminar keçirilmişdir. Seminarda fiziki aktivlik, əsas faktlar-fiziki aktivlik nədi?, fiziki aktivliyin üstünlükləri, fiziki aktivliyin çatışmazlığı, fiziki aktivliyin yaş qrupunun müəyyən edilməsi. Sağlam həyat tərzi, Sağlamlığın risk amiləri, sağlamlığın qorunması, idmanla məşğul olmaq, fiziki hərəkətlər nə üçün vacibdir? Siqaretə “Yox” de, siqaret çəkmə: vərdiş və asılılıq, özünə inam, siqaretin səbəb olduğu xəstəliklər. Narkotikə “Yox” de: narkomaniya-ən qorxulu xəstəliklər mənbəyi, narkotikin orqanizmə düşdükdə göstərdiyi fəsatlar. Alkola “Yox” de: zərəri törətdiyi xəstəliklər, ürəyə mənfi təsiri. Başlıqlı mövzular oxundu şagirdlər geniş maarifləndirildi. Məktəblilərin bu kimi pis vərdişlərə tutulmaması üçün məktəbimizdə belə seminarların tez-tez keçirilməsi nəzərdə tutulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi