Azərbaycan Respublikasının "Konstitusiya günü" və "Milli Dirçəliş günü" nə həsr olunmuş Dəyirmi masa

14 noyabr 2016-cı il tarixdə 9A sinfində 12 noyabr "Konstitusiya günü" və 17 noyabr "Dirçəliş günü" münasibətilə maarifləndirici,vətənpərvərlik mövzusunda - Dəyirmi masa təşkil edildi.Tarix müəllimləri Tarverdiyeva Yaqut və Əliyeva Təranə açılış nitqi söyləyərək Konstitusiyanın hazırlanması və qəbul olunmasında habelə millətimizin Dirçəlməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətindən söz açdılar.Şagirdlərin ifasında Ali qanunumuzun bütün bölmə,fəsil və maddələri öz əksini tapdı.Eləcə də şagirdlərin "Milli Diçəliş günü" ilə bağlı çıxışları tədbiri tamamladı.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətindən qonaqlar da iştirak etdilər.Tədbirin sonunda iştirak edən müəllim və qonaqlar öz fikir və rəylərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi