"Bayraq bayramı" təntənə ilə qeyd edildi

Hər il noyabr ayının 9-da xalqımız Bayraq bayramını xüsusi təntənə ilə qeyd edir.Bununla əlaqədar olaraq 8 noyabr 2016-cı ildə məktəbimizdə "Bayraq bayramı" adlı tədbir keçirilmişdir.Tədbir dövlət bayrağının gətirilməsi və dövlət himninin səslənməsi ilə açıq elan edildi.Tədbiri giriş nitqi ilə məktəbimizin direktoru Tahir Süleymanov açdı.O, qeyd etdi ki,bayraq hər bir dövlətin suverenliyinin rəmzidir. Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq olunub. Məlumat verilib ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.. Şagirdlər Dövlət Bayrağına aid şeirlərlə çıxış ediblər.İbtidai sinif şagirdlərinin Bayrağa aid müxtəlif və rəngarəng çıxışları ilə tədbiri daha da maraqlı etdi.Tədbirə Pirallahı Rayon İcra Hakimiyyətindən də qonaqlar təşrif buyurmuşdular.Şagirdlərimizin müqəddəs Bayrağımıza olan sevgisini sübuta yetirən çıxışları qonaqlar tərəfindən rəğbətlə qarşılandı. Sonda tədbirdə iştirak edən qonaqlar və müəllimlər öz ürək sözlərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi