Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Multikulturalizm ili” çərçivəsində mühazirələr təşkil edilib

Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar olaraq multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi, geniş təbliğ olunması, müxtəlif ölkələrin tarixi, mədəniyyəti, mənəvi dəyərlərinin böyüməkdə olan gənc nəslə çatdırılması, onlar arasında qarşılıqlı anlaşma, hörmət hisslərinin formalaşdırılması, dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən cari ilin aprel-may aylarında təhsil müəssisələrində xüsusi cədvələ uyğun olaraq mühazirələr təşkil olunmuşdur.Mühazirələr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bilik Fondu, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti, Neft Kimya Prosesləri İnstitutu, Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri tərəfindən aparılmışdır.Bakı şəhəri 8, 14, 18, 31, 34, 36, 44, 45, 47, 54, 91, 158, 162, 164, 175, 177, 189-190, 193, 202, 211, 212, 236, 304, 308, 329 nömrəli tam orta məktəblər, 16 nömrəli Texniki-Humanitar lisey, 49 nömrəli “İntellekt” məktəb-lisey, 160 nömrəli Klassik Gimnaziya, 287 nömrəli “Zəkalar” liseyi, 291 nömrəli Ekologiya liseyi, Məktəb-Lisey Kompleksi, Texniki Humanitar Liseydə təşkil edilən mühazirələrə ümumilikdə 2583 şagird, 335 pedaqoji işçi cəlb olunmuşdur.Tədbirlərdə “Multikulturalizmin Azərbaycan modeli”, “Multikulturalizm və vətənpərvərlik”, “Azərbaycanda multikulturalizm”, “Azərbaycanda multikulturalizm və dinlərarası dialoq”, “Azərbaycanda multikultural dəyərlər” mövzularında mühazirələr dinlənilmişdir.Mühazirəçilər tərəfindən Azərbaycançılıq ideologiyasının əsasında tolerant və multikultural dəyərlərin yer aldığı şagirdlərin nəzərinə çatdırılmış, ölkəmizdə müxtəlif xalq və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində, heç bir ayrıseçkiliyə məruz qalmadan yaşadıqlarını və bu ənənələrinin tarixi keçmişimizdən, mental dəyərlərimizdən qaynaqlandığı qeyd edilmiş, milli azlıqların ədəbiyyat, mədəniyyət, dil və tarixlərinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə, dərindən öyrənilməsinə, təbliğinə geniş şərait yaradıldığı vurğulanmışdır. “Multikulturalizm ili” çərçivəsində həyata keçirilən işlərdən danışılmış, mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılmış, onların sualları cavablandırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi