"Açıq dərs"layihəsi keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən uğurlu nəticələr əldə etmiş məktəblərin və müəllimlərin qabaqcıl iş təcrübəsinin təbliği istiqamətində 235 nömrəli tam orta məktəbdə kimya və biologiya fənlərindən "Açıq dərs"lər keçirilmişdir.Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə "Açıq dərs"lərin müzakirəsi keçirilmiş,məktəbin biologiya,kimya müəllimləri İlahiyə Allahverdiyeva və Şəbnəm Abdullayeva öz təcrübələrini həmkarları ilə bölüşmüşlər.Məktəbdə tədrisin keyfiyyətinə nəzarət işinin təşkili ilə bağlı təcrübə mübadiləsi keçirilmiş,kimya,biologiya fənlərinin tədrisi səviyyəsinin nümayiş etdirilməsi,dərsin planlaşdırılması,qiymətləndirilməsi,dərslərin dinlənilməsi istiqamətində müəllimlər yeni strategiyalarla tanış olmuş və fikir mübadiləsi aparmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi