"Milli Xalça Muzeyi"nə və "Heydər Əliyev Mərkəzi"nə ekskursiya

  Fevralın 29-da məktəbin ibtidai sinif müəllimi Esmira Mayılova Təsviri incəsənət fənnindən "Xalq sənətkarlığı" mövzusu ilə əlaqədar rəhbərlik etdiyi 4"Ç" sinfi ilə birgə Milli Xalça muzeyinə ekskursiya təşkil edib. Ekskursiyanın məqsədi şagirdləri ölkəmizin mədəni irsi olan xalçaçılıq sənəti ilə yaxından tanış etməkdən ibarət olub. Şagirdlər xalça nümunələri ilə tanış olublar, həmçinin müxtəlif naxışların Azərbaycanın hansı bölgələrinə mənsub olduqlarını öyrəniblər. 

     Daha sonra şagirdlər Heydər Əliyev mərkəzində olublar. Şagirdlər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar. Mərkəzə ekskursiya edən şagirdlər  Azərbaycanın  dahi oğlu, bugünkü müstəqil Azərbaycanın memarı olan şəxsiyyətin ömür yolunu bir daha səyahət ediblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi