Cəfər Cabbarlının yaradıcılıq gecəsi keçirilib

    Fevralın 27-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Şirinovanın təşkilatçılığı ilə Cəfər Cabbarlının yaradıcılıq gecəsi keçirilib. Tədbir Cəfər Cabbarlının həyat və yaradıcılıq yolunu işiqlandıran vodeoçarxın nümayişi ilə başlayıb. 

    Daha sonra məktəbin istedadlı şagirdləri şair, yazıçı və dramaturqun yaradıcılığından yadda qalan şeirləri səsləndiriblər. 7"A" sinif şagirdləri Tünzalə və Leylanın ifasında səsləndirilən "Ana" şeiri xüsusi alqışla qarşılanıb. 

    Sonda 7"A" , 9"B" və 10"A" sinfinin xüsusi qabiliyyətli şagirdlərinin ifasında Cəfər Cabbarlının hələ 16 yaşında olarkən yazdığı, 4pərdəli "Vəfalı Səriyyə və ya göz yaşları içində gülüş" pyesi uğurla səhnələşdirilib. 

    Tədbirin sonunda məktəbin direktoru Ş.Allahverdiyev və tərbiyə işləri üzrə direktor müavini H.Paşayeva çıxış edərək şagirdlərə yeni yaradıcılıq uğurları arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi