Nümunəvi dərs keçirilib

   Fevralın 26-da ilk dərslər Xocalı faciəsinin 28-ci  ildönümünə həsr olunub. Məktəbin fiziki tərbiyə müəllimi Nağızadə Yadulla  rus bölməsinin 9-cu sinifində keçirilən fiziki tərbiyə dərsini Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə həsr edib. Dərsdə məktəb rəhbərliyi iştirak edib. Məktəbin direktoru Ş.Allahverdiyev Xocalı faciəsinin dəhşətləri haqqında şagirdlərə məlumat verib. 

     Tədbirdə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və Xocalı qurbanlarının bir dəqiqəlik sükutla yad etməsi ilə davam edib. Məktəbin 7"B" sinif şagirdi Gülnar Nəcəfova və 8"C" sinif şagirdi Abdumutalibov Elsonun iştirakı ilə kiçik səhnəcik göstərilib. Daha sonra yarışa start verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi