"Xocalı harayı" adlı tədbir keçirilib

    Müharibə- qan, ölüm-itim, dağıntı və dəhşətləri ilə yadda qalır. Ona görə də müharibənin yaraları dərin və sağalmazdır. Xocalı faciəsində yaşananları şagirdlərə çatdırmaq üçün fevralın 25-də məktəbin 2"A" sinif müəllimi Şəhla İsmayılova, 3"A" sinif müəllimi Zenfira İsmayılova və 3"B" sinif müəllimi Nüşabə İsmayılovanın birgə təşkilatçılığı ilə "Xocalı harayı" adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd şagirdlərdə vətənə məhəbbət hissini daha da möhkəmləndirmək və həqiqi vətənpərvərlik məzmununu düzgün anlatmaqdan ibarət olub. 

    Tədbirdə PRİ-nin məsul şəxsləri və məktəb rəhbərliyi iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Xocalıda şəhid olanların ruhu bir dəqiqəlik sükut ilə yad edilib. Tədbirdə şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söyləyib, bu günü əks etdirən "Ana fəryadı" obrazını canlandırıblar. Daha sonra  "Xocalı" adlı mahnını ifa ediblər.

   Sonda PRİ-hakimiyyətinin əməkdaşı Əliyev Rauf çıxış edərək şəhidlik zirvəsinə ucalanların heç vaxt ölmədiyini, hər zaman qəlbimizdə yaşadığını və yaşayacağını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi