Xocalı soyqırımının 28-ci ildönümü

     Fevralın 24-də Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində tədbir keçirilib. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Vəzir Səfixanov, rayon ictimaiyyətinin nümayənləri, 168, 186, 231, 235 və 243 nömrəli tam orta məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbirdə ilk öncə Xocalıda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Bakı Uşaq Teatrının yetirmələri "Vətən" tamaşasını nümayiş etdiriblər. Tamaşadan sonra 235 nömrəli tam orta məktəbin 2"B" və 6"B" sinif şagirdləri qan yaddaşımız olan Xocalıya aid şeirlər söyləyib, "Qalx ayağa Azərbaycan" kompozisiyasını nümayiş etdiriblər. Sonda PRİ-hakimiyyəti başçısının 1-ci müavini V.Səfixanov çıxış edərək bildirib ki, biz qəddarcasına öldürülmüş, işgəncələr verilmiş həmvətənlilərimizin önünda baş əyirik. Erməni quldurlarının xalqımıza qarşı törətdiyi Xocalı faciəsini unutmayacağımızı və bütün şəhidlərin qisasını qiyamətə qoymayacağımızı qətiyyətlə söylədi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi