"Ana dilini sevək, sevdirək" adlı tədbir keçirilib

     21 Fevral Ana Dili Günü ilə əlaqədar fevralın 21-də məktəbin ibtidai sinif müəllimi Hüseynova Samirə 1"A" və 5"A" sinfi ilə birgə "Ana dilini sevək, sevdirək" adlı tədbir keçirib. Tədbirdə məktəbin direktoru Şahin Allahverdiyev, tərbiyə işləri üzrə direktor müavini Humay Paşayeva iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Birincilər ana dilinə aid şeirlər, atalar sözləri söyləyib, Emin Sabitoğlunun bəstəsi olan Şirin dil(ana dili) mahnısını ifa ediblər. Daha sonra beşincilər dil haqqında qəzəli səhnələşdiriblər. 

    Sonda məktəbin direktoru Ş.Allahverdiyev öz çıxışında bu cür tədbirlərin keçirilməsinin vacib olduğunu dönə-dönə vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi